Xviça üçün 4 klubdan təklif var

“Napoli”nin gürcüstanlı futbolçusu Xviça Kvarastsxeliya üçün 4 klubdan təklif var.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid”, “Mançester Siti”, “Barselona” və “Liverpul” Xviça üçün transfer yarışına girib.

“Napoli”nin rəhbərliyi Kvaratsxeliya üçün 90 milyon avro tələb edir.

Qeyd edək ki, 23 yaşlı futbolçunun “Napoli” ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.