Yaya Turenin yeni klubu

"Mançester Siti" və "Barselona"nın sabiq futbolçusu Yaya Ture Ukraynanın "Olimpik" klubunun köməkçi məşqçisi təyin olunub.

Sportline.az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin saytı məlumat yayıb.

Qeyd edək ki, Turenin futbolçu karyerası ərzində son klubu azad agent olaraq 2019-cu ilin yayında müqavilə imzaladığı “Çindao Haynyu” (Çin) olub.