Yeni Avrokubok turniri belə adlanacaq

UEFA 2021/22 mövsümündən etibarən üçüncü avrokubok turniri keçirməyi planlaşdırır. 

Sportline.az xəbər verir ki, artıq yeni turnirin adı da bəllidir. Bu barədə Almaniyanın məşhur "Bild" nəşri məlumat yayıb. İddiaya görə, UEFA turniri "Konfrans Liqası" adlandırmaq qərarına gəlib.

Yarışın formatının Çempionlar Liqası ilə eyni formatda (32 komanda, 8 qrup) keçiriləcəyi gözlənilir. Qrup liderləri 1/8 finala birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar isə "pley-off"a yüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü olan komandalarla qarşılaşacaq.

Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.