Yeni transferi "Milan"a qələbə qazandırdı
İtaliya Kubokunda 1/4 final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Milan" doğma meydanda "Napoli" ilə üz-üzə gəlib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. "Milan"ın yeni transferi - Kşiştof Piontek dubl etməklə komandasına qələbə bəxş edib.
"Rossoneri" bu qələbə ilə yarımfinala yüksəlib.
29 yanvar 2019
İtaliya Kuboku
"Milan" - "Napoli" - 2:0
QOLLAR: Kşiştof Piontek, 10 (1:0); Kşiştof Piontek, 27 (2:0)