Yığmanın baş məşqçisi Bekhemin komandasına görə istefa verdi

Futbol üzrə qadınlardan ibarət İngiltərə yığması baş məşqçisi Fil Nevill ilə yollarını ayırıb.

Sportline.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis öz istəyi ilə istefaya göndərilib.

Mətbuatda yer alan xəbərə görə, Nevill Devid Bekhemin sahibi olduğu ABŞ-ın "İnter Mayami" komandasının baş məşqçisi olacaq.

Qeyd edək ki, Fil Nevill 2018-ci ilin yanvarından yığmaya rəhbərlik edir. Onun sözləşməsi 2021-ci il Avropa çempionatının sonunda başa çatmalı idi. UEFA turniri 2022-ci ilə təxirə salıb.