Ulduz futbolçu növbəti matçı buraxa bilər

“Liverpul”un futbolçusu Dieqo Yota Premyer Liqanın 12-ci turunda “Fulhem”lə matçı buraxa bilər.

Sportline.az “Sky Sports”a  istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp danışıb. O, 24 yaşlı hücumçunun dizindən yüngül zədələndiyi üçün görüşü buraxma ehtimalının olduğunu bildirib.

Qeyd edək ki, sabah keçiriləcək sözügedən oyun Bakı vaxtı ilə 20:30-da başlayacaq.