Yunanıstan klubları Anton Mirançukla maraqlanır

Yunanıstanın böyük klubları Rusiya millisinin yarımmüdafiəçisi Anton Mirançukla maraqlanır.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, söhbət AEK, PAOK, "Olimpiakos" və "Panatinaikos"dan gedir.

Anton 2017-ci ildən "Lokomotiv" Moskvada çıxış edirdi.O, bu müddət ərzində paytaxt klubu ilə çıxdığı 217 oyunda 51 qol vurub, 34 asist edib. Futbolçu bu mövsümün sonundan azad agent statusu daşıyır.

Qeyd edək ki, 2017-ci ildən Rusiya millisinə çağırılan futbolçu ölkəsi ilə 29 oyunda 7 qol vurub.