Yunis Hüseynovun təyinatı rəsmiləşdi
“Kəpəz”in yeni baş məşqçisi rəsmiləşib. Sportline.az-a Gəncə klubundan verilən xəbərə görə, klub rəhbərliyi bu gün Yunis Hüseynovla anlaşıb. "Kəpəz"in Müşahidə Şurasının qərarına əsasən, komanda ona həvalə olunub. MŞ-nın sədri Elmir Vəliyevin namizədliyini irəli sürdüyü Yunis Hüseynov şuranın üzvləri tərəfindən tam dəstəklənib. Yeni çalışdırıcı komandaya sabah təqdim olunacaq.
Xatırladaq ki, "Kəpəz"də Şahin Diniyevi əvəzləyən 52 yaşlı mütəxəssis buna qədər “Karvan”, “Standard” və “Xəzər Lənkəran” klublarının baş məşqçisi olub.