Yunus Akgünə təklif var

“Qalatasaray” və Türkiyə milli komandasının futbolçusu Yunus Akgün yenidən Avropa klublarının transfer gündəminə düşüb.

Sportline.az xəbər verir ki, bu iddia ilə Portuqaliya mediası çıxış edib. Xarici mətbuatın yazdığına görə, “Benfika” 25 yaşlı cinah oyunçusu üçün “Qalatasaray”a 17 milyon avro sabit ödəniş və 2 milyon avro bonus daxil olmaqla ümumilikdə 19 milyon avroluq təklif göndərib. Lakin İstanbul təmsilçisi bu təklifi qəbul etməyib.

Bildirilir ki, “Qalatasaray” rəhbərliyi Yunus Akgünü komandanın əsas oyunçularından biri hesab edir və onun satışına müsbət yanaşmır. Klub futbolçunu gələcək planlamada mühüm fiqur kimi görür.

Qeyd edək ki, Yunus Akgün bu mövsüm “Qalatasaray” forması ilə 42 rəsmi oyuna çıxıb. O, 10 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.