Yusuf Yazıcı "ən yaxşı" oldu

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən,  Fransa"Lill"inin oyunçusu Yusuf Yazıcı birinci olub. O, səsvermədə Yunanıstan PAOK-undan Andriya Jivkoviç, Almaniya "Bayer"indən Len Beyli, Çexiya "Sparta"sından Lukaş Yulişi qabaqlayıb.

Qeyd edək ki, türk futbolçu Avroliqanın 3-cü turunda "Milan"la matçda (3:0) het-trik edib.