"Yuventus" 19 yaşlı futbolçunu alıb icarəyə verəcək
"Yuventus” yeni futbolçu transfer edəcək.
Sportline.az xəbər verir ki, Turin təmsilçisi ABŞ klubu "Dallas”ın müdafiəçisi Brayan Reynoldsu heyətinə qatacaq. Artıq klublar arasında razılıq əldə olunub. "Yuventus” amerikalı futbolçu üçün 8,5 milyon avro ödəyəcək.
Qış fasiləsində transfer olunacaq Reynolds mövsümün sonunadək "Kalyari”yə icarəyə veriləcək. 19 yaşlı müdafiəçi 5 illik müqaviləyə imza atacaq.
Brayan 2020-ci ildə MLS-də 19 oyun keçirib.