"Yuventus" - "Benfika": Heyətlərdəki son durum
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yekun vurulacaq.
Sportline.az xəbər verir ki, "Yuventus" son turda "Benfika" ilə üz-üzə gələcək.
Turin klubunda Qleyson Bremer, Xuan Kabral və Arkadüş Milik zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
“Benfika”da isə Alvaro Karreras, Artur Kabral cəza, Renato Sançes isə zədəyə görə baş məşqçi Bruno Lecin sərəncamında olmayacaq.
Oyunun ədalət təmsilçisi ruminyalı hakim İstvan Kovaç olacaq.
Qeyd edək ki, "Yuventus" - "Benfika" görüşü bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq.