"Yuventus" brazilyalı vingeri transfer siyahısına əlavə edib
"Real Betis"də icarə əsasında çıxış edən brazilyalı futbolçu Antoni Santos karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az "Football Espana" nəşrinə istinadən xəbər verir ki, "Yuventus" Antonini transfer etmək niyyətindədir.
25 yaşlı futbolçu müqavilə əsasında İngiltərənin "Mançester Yunayted" klubuna məxsusdur.
Qeyd edək ki, Antoni bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 9 qol 5 asist müllifi olub.
Onun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 20 milyon avro olaraq qiymətləndirilir.
Xatırladaq ki, Antoni 2022-ci ilin yayında "Ayaks"dan "Mançester Yunayted"ə 95 milyon avro qarşılığında transfer olmuşdu.