"Yuventus" futbolçusunu 42 milyon avroya satmaq istəyir
"Yuventus" serbiyalı futbolçusu Duşan Vlahoviçi satmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
25 yaşlı forvardı Turin klubu 42 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, D.Vlahoviçlə "Arsenal" və "Çelsi" klubları yaxından maraqlanır.
O, cari mövsüm çıxış etdiyi 41 matçda 15 qol 5 asistlə yadda qalıb.