"Yuventus" onu icarəyə verdi
"Yuventus" futbolçusu Koni de Vinteri icarəyə verib.
Sportline.az xəbər verir ki, 20 yaşlı müdafiəçi karyerasını "Empoli"də davam etdirəcək. Bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Belçikalı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
De Vinter 2018-ci ildə "Yuventus"un gənclər komandasına qoşulub. Ötən mövsüm müdafiəçi Turin klubunun ikinci komandasında çıxış edib, həmçinin UEFA Çempionlar Liqasında əsas komandanın heyətində iki oyun keçirib. De Vinter "Çelsi" (0:4) və "Malmö" (1:0) ilə matçlarda oynasa da, qol vura bilməyib.