"Yuventus" PSV ilə oyuna itkilərlə çıxacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə bu gün keçiriləcək 4 oyunla start veriləcək.

Sportline.az xəbər verir ki, Yuventus” “Allianz Stadium”da PSV ilə qarşılaşacaq.

Turin klubunda Andrea Kambiasso, Qleyson Bremer, Xuan Kabral, Pierre Kalulu və Arkadüş Milik baş məşqçi Tiaqo Mottanın sərəncamında olmayacaq.

PSV-də isə Rik Karsdrop, Sejinyo Dest, Malik Tilman və Rikardo Pepi oyunu kənardan izləməli olacaq.

Qeyd edək ki, start fiti gecə yarısı saat 12-də başlanacaq oyunu almaniyalı Daniel Zibert idarə edəcək.