"Yuventus" Rabyonu transfer etdi

PSJ-dən ayrılan Adrien Rabyonun "Yuventus"a keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki, tibbi müayinədən keçən 24 yaşlı yarımmüdafiəçi ilə  imzalanıb. Turin təmsilçisinə azad agent kimi transfer olan fransalı oyunçu ilə müqavilənin detalları barədə məlumat verilməyib.

Xatırladaq ki, "Yuventus" bundan əvvəl Aaron Remsi və Luka Pelleqrinini heyətinə qatıb.