"Yuventus" Rabyonun transferini açıqlayacaq

PSJ ilə müqaviləsi başa çatan Adrien Rabyonun yeni klubu müəyyənləşmək üzrədir.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Yuventus"la razılığa gəlib. Turin klubunun iyulun 1-i A.Rabyo ilə müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, A. Rabyo 2012-ci ildən PSJ-də çıxış edirdi.