"Yuventus" Ronaldunu itirdi

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu zədələnib. SportLine.az xəbər verir ki, portuqaliyalı hücumçu komandanın bugünkü məşqində fərdi qaydada çalışıb.

Klubun rəsmi saytının məlumatına görə, futbolçu sabah tibbi müayinədən keçəcək. Onun zədəsinin nə qədər ciddi olduğu müayinədən sonra müəyyənləşəcək.

Qeyd edək ki, K.Ronaldu A Seriyanın 25-ci turunda "Bolonya"ya qarşı keçirilən matçdan sonra ağrılar hiss etməyə başlayıb.