"Yuventus" - "Sevilya": Düşərgədə son durum

Bu gün UEFA Konfrans Liqasında 1/2 final mərhələsi başlanır.

Sportline.az xəbər verir ki, gecənin daha böyük maraqla gözlənilən matçında "Yuventus" "Sevilya"nı qəbul edəcək.

"Mançester Yunayted"i relsdən salan "Sevilya" qoca sinyoraya da eyni aqibəti yaşatmaq niyyətindədir. Amma, mövsümü mükafatsız başa vurmaq niyyətində olmayan "Yuventus"la duellərdə bu tapşırığı yerinə yetirmək çətin məsələdir.

Komandaların heyətində itkilər var. Meydan sahiblərindən Deşilyo, Kaio, Bremer, qonaqlarda isə Pape Geye, Jordan Moreno və Markao zədəli olduğundan komandasına kömək edə bilməyəcək. Görüşü almaiyalı referi Daniel Siebert idarə edəcək.

Oyun Bakı vaxtı ilə saat 23:00 da başlanacaq.