"Yuventus"dan 1 xal

“Yuventus” İtaliya A Seriyasının 4-cü turunda “Krotone” ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, Turin təmsilçisi səfərdə heç-heçə edib.

Əvvəlcə ev sahiblərinin oyunçusu Simi 12-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək, hesabı açıb. 21-ci dəqiqədə isə Alvaro Morata bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Yuventus°hazırda turnir cədvəlində 8 xalla 4-cüdür. Aktivində cəmi 1 xal olan “Krotone” isə 18-cidir.