"Yuventus"u "Liverpul"a dəyişəcək

"Liverpul" türkiyəli futbolçu Kenan Yıldızın transferində maraqlıdır. 

Sportline.az xəbər verir ki, İngiltərənin aparıcı klublarından biri olan "Liverpul" futbolçu transferi üçün böyük məbləğ ayırıb. “Calcio Mercato”nun məlumatına görə, mövsümün sonunda müqaviləsi bitəcək Mohamed Salahla hələ də razılıq əldə olunmayıb. Klub, Salahın yerinə Kənan Yıldızın uyğun ola biləcəyini düşünür.

Bildirilir ki, İngiltərə təmsilçisi Kənan Yıldız üçün “Yuventus”a 80 milyon avro təklif edib.

Bununla yanaşı, "The Mirror"un məlumatına görə, "Liverpul" Məhəmməd Salahla yeni müqavilə bağlamaq üzrədir. Buna baxmayaraq, klubun Kənan Yıldızın transferi üçün addım ata biləcəyi qeyd olunur.