“Yuventus”un futbolçusu “Arsenal”ın radarına düşüb
“Arsenal” klubu “Yuventus”un serbiyalı futbolçusu Duşan Vlahoviçi transfer etmək üçün hərəkətə keçib.
Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi Vlahoviç üçün “Yuventus”a yanvar ayında rəsmi təklif göndərəcək.
“Arsenal” 24 yaşlı hücumçuya görə “Yuventus”a 70 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, D.Vlahoviçin “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.