"Yuventus"un futbolçusu "Mançester Yunayted"in radarına düşüb
"Yuventus"un serbiyalı futbolçusu Duşan Vlahoviç karyerasını "Mançester Yunayted" klubunda davam etdirə bilər.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" D.Vlahoviç üçün yanvar ayında "Yuventus"a rəsmi təklif göndərəcək.
24 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 65 milyon avrodur.
Qeyd edək ki, Vlahoviçin "Yuventus"la müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.