“Yuventus”un ulduz futbolçusu “Arsenal”ın hədəfindədir

“Yuventus”un serbiyalı futbolçusu Duşan Vlahoviçin mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Sportline.az futbol jurnalisti Rudi Qalettinin paylaşımına istinadən xəbər verir ki, “Arsenal” klubun mövsümün sonunda Duşan Vlahoviç üçün “Yuventus”a rəsmi təklif göndərəcək.

Duşan Vlahoviçin transfer dəyəri 70 milyon avrodur.

Qeyd edək ki, D.Vlahoviç bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 9 qol və 1 asistlə yadda qalıb.

24 yaşlı futbolçunun “Yuventus” klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.