“Yuventus”un Zirkze israrı davam edir

“Mançester Yunayted”in niderlandlı futbolçusu Coşua Zirkze karyerasını “Yuventus”da davam etdirə bilər.

Sportline.az “Tutto Sport” qəzetinə istinadən xəbər verir ki, “Yuventus” klubunun rəhbərliyi yanvar ayında Zirkze üçün “Mançester Yunayted”ə rəsmi təklif göndərəcək.

Zirkzenin “Mançester Yunayted”lə hazır ki müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, 23 yaşlı futbolçunun dəyəri “Transfermarkt” portalına görə 50 milyon avrodur.