Zabit Mustafayev: "Beşiktaş" da bizimdir, "Sabah" da"

"Beşiktaş" da bizimdir, "Sabah" da".

Bunu Sportline.az saytına açıqlamasında "Azərbaycan qartalları" fan-klubunun nümayəndəsi Zabit Mustafayev "Sabah" - "Beşiktaş" oyunu ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə hər iki komanda dəstəklənəcək: "Bu, qardaşlıq oyunudur. "Beşiktaş"ı da, "Sabah"ı da dəstəkləyəcəyik. Çünki bu matçdan əldə olunan gəlir Türkiyədəki zəlzələdən əziyyət çəkən bacı-qardaşlarımıza çatacaq".