Zanetti getdi

İtaliyanın "Venetsiya" klubu baş məşqçisi Paolo Zanettini istefaya göndərib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.

Komanda A Seriyasında 33 oyundan sonra 22 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Paolo Zanetti 2020-ci ilin avqustundan "Venetsiya"ya rəhbərlik edib.

Banner