"Zenit" argentinalı hücumçunu heyətinə qatır

"Argentinos Xuniors"un prezidenti Kristian Malaspinya komandanın hücumçusu Lusiano Qondunun "Zenit"ə transferi ilə bağlı müqavilənin gedişatı barədə danışıb.

Sportline.az xəbər verir ki, Malaspinya Spor24.ru saytının müxbiri Vladislav Şapiroya verdiyi müsahibədə bu fikirləri səsləndirib.

"Hər şey qaydasındadır. Futbolçu Rusiyada tibbi müayinədən keçir. Bundan sonra müqavilənin təfərrüatlarını razılaşdırmaq və futbolçunun transfer məbləğini təsdiqləmək üçün "Zenit" nümayəndələri ilə görüş keçirəcəyik. Daha sonra Qondu yeni klubu ilə müqavilə imzalayacaq" deyə "Argentinos Xuniors"un prezidenti bildirib.

Bu mövsüm Argentina klubu ilə 21 oyuna çıxan 23 yaşlı futbolçu aktivində 5 qol və 4 asist yazdırıb.

Qeyd edək ki, onun transfer dəyəri 10 milyon avrodur.