"Zenit" braziliyalı futbolçunun müqaviləsini uzadıb
"Zenit" komandanın braziliyalı müdafiəçisi və kapitanı Duqlas Santosla yeni müqavilə imzalandığını açıqlayıb.
Sportline.az Sankt-Peterburq klubunun rəsmi hesabına istinadla xəbər verir ki, 30 yaşlı futbolçu daha 2 il Rusiya klubunun şərəfini qoruyacaq.
Santos 2019-cu ildən "Zenit'də çıxış edir.O, komanda ilə ümumillikdə 183 oyuna çıxıb, 7 qol vurub, 30 asist edib.
Qeyd edək ki, təcrübəli futbolçu daha əvvəl karyerasında "Hamburq", "Udineze", "Qranada" və "Atletiko Mineyro" klublarda oynayıb.