"Zenit" Qazaxıstan klubunu məğlub edib
"Zenit" yoldaşlıq oyununda "Kayrat"la (Almatı) qarşı qarşıya gəlib.
Sportline.az xəbər verir ki, Almatı şəhərində keçirilən görüş rusiyalıların 4-3 hesablı qələbəsi ilə yekunlaşıb.
"Zenit"in qələbə qollarına Yeroxin, Kassiera və Qondu (2) imza atıb. "Kayrat" adına isə Stanoyev, Şvirev və Artur (avtoqol) fərqlənib.
Qeyd edək ki, bu görüşdə Rusiya futbolunun əfsanəvi futbolçusu Andrey Arşavin "Kayrat"ın heyətində 14 dəqiqədə, ukraynalı məhşur futbolçu Anatoliy Timoşşuk isə "Zenit"in heyətində 20 dəqiqə meydanda olub.