"Zenit"in futbolçusu "Krılya Sovetov"a keçəcək
"Hücumçu İvan Serqeyev "Zenit"dən ayrılaraq "Krılya Sovetov"la müqavilə imzalayacaq".
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, bunu Samara klubunun baş məşqçisi İqor Osinkin Ria Novosti Sport-a müsahibəsində deyib.
Ötən mövsüm "Zenit"in heyətində 26 oyuna çıxan Serqeyev bu görüşlərdə 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
29 yaşlı vinqer 2023-cü ildən Rusiya millisinin üzvüdür.
Qeyd edək ki, Serqeyev daha əvvəl 2020-2022-ci illərdə "Krılya Sovetov"da çıxış edib.