"Zenit"in qapıçısı zədələnib

"Zenit"in qapıçısı Mixail Kerjakov məşqdə zədələnib.

Sportline.az xəbər verir ki, bu barədə Sankt-Peterburq klubunun idarə heyətinin sədri Aleksandr Medvedev məlumat verib.

37 yaşlı qapıçı bu mövsüm "Zenit" klubu ilə rəsmi oyuna çıxmayıb.

2017-ci ildən "Zenit"də çıxış edən Kerjakov bu günə qədər cəmi 14 oyunda şans tapıb.

Qeyd edək ki, rusiyalı qolkiperin cari müqaviləsi 2025-ci ilə qədərdir.