"Zirə" futbolçusu ilə vidalaşdı
"Zirə" klubu futbolçusu Rəşad Eyyubovla yollar ayırıb.
Sportline.az klubun rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma son qoyulub.
Qəsəbə təmsilçisi Eyyubovu cari mövsümün əvvəlində heyətinə qatmışdı.
Qeyd edək ki, "Zirə" daha əvvəl braziliyalı hücumçu Kaio Rangel da Silva və məşqçi Borçe Xristovla vidalaşıb.