"Zirə" hücumçusu ilə müqaviləni uzatdı
“Zirə” klubu futbolçusu Ağabala Ramazanovla yeni müqavilə imzalayıb.
Sportline.az "qartallar"ın rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə anlaşmanın müddəti 1 ildir.
Qeyd edək ki, Ramazanov "Zirə"də 2020-ci ilin yanvarından forma geyinir.