"Zirə" "Kəpəz"lə heç-heçə etdi
Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Zirə" doğma meydanda "Kəpəz"i qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Bununla da 5-ci pillədəki "Zirə" 4-cü yerdəki "Qəbələ" (33 oyun) ilə fərqi 2 xala endirib.
Qeyd edək ki, turnun digər oyunları 13, 14 və 17 may tarixlərində keçiriləcək.
Azərbaycan Premyer Liqası, 34-cü tur
12 may (cümə)
19:00. "Zirə" - "Kəpəz" - 1:1
Qollar: Yeqor Xvalko, 45+3 (0:1), Toni Qomes, 51 (1:1)
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Teymur Teymurov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu.
13 may (şənbə)
18:00. "Qəbələ" - "Turan Tovuz"
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu.
20:30. "Səbail" - "Qarabağ"
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
"ASCO Arena".
14 may (bazar)
20:30 "Neftçi" - "Şamaxı"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Rauf Cabarov
"Bakcell Arena".
17 may (çərşənbə)
19:30. "Sumqayıt" - "Sabah"
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev
"Kapital Bank Arena".
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 33 | 26 | 6 | 1 | 84-22 | 84 |
| 2 | Sabah | 33 | 24 | 5 | 4 | 71-23 | 77 |
| 3 | Neftçi | 33 | 18 | 7 | 8 | 58-36 | 61 |
| 4 | Qəbələ | 33 | 13 | 9 | 11 | 45-44 | 48 |
| 5 | Zirə | 34 | 12 | 10 | 12 | 42-46 | 46 |
| 6 | Turan Tovuz | 33 | 9 | 8 | 16 | 31-43 | 35 |
| 7 | Kəpəz | 34 | 6 | 12 | 16 | 32-58 | 30 |
| 8 | Sumqayıt | 32 | 7 | 7 | 18 | 23-59 | 28 |
| 9 | Şamaxı | 33 | 4 | 11 | 18 | 25-50 | 23 |
| 10 | Səbail | 32 | 5 | 7 | 20 | 26-56 | 22 |
Bombardirlər:
Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Ramil Şeydayev ("Qarabağ") - 20 qol
Coy Lens Mikels ("Sabah") - 17 qol
Emin Mahmudov ("Neftçi") - 16 qol
Aleksey Kaşuk ("Sabah") - 16 qol