"Zirə" - "Neftçi" oyununun vaxtı bəlli oldu
Azərbaycan kubokunun 1/4 finalında keçiriləcək "Zirə" - "Neftçi" oyununun başlama saatı müəyyənləşib.
SportLine.az-ın "Zirə"nin rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, matç dekabrın 10-u saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Zirə" - "Neftçi" görüşü Zirə İdman Kompleksində keçiriləcək.