"Zirə" onlarla vidalaşır

Premyer Liqanı dördüncü pillədə başa vuran “Zirə” heyətə əl gəzdirməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, qəsəbə təmsilçisi heyətində saxlamaq istəmədiyi serbiyalı müdafiəçi Lazar Corceviç və millimizin sabiq hücumçusu Ruslan Qurbanovla yanaşı, daha 2 futbolçu ilə yollarını ayıracaq.

Bunlar ötən il transfer edilən mozambikli yarımmüdafiəçi Klesio Bauk və 28 yaşlı müdafiəçi Kərim Diniyevdir. Baukun yenidən “Qəbələ”yə qayıdacağı gözlənilsə də, Diniyev böyük ehtimalla “Keşlə” klubuna keçəcək.