"Zirə" "Qarabağ"la oyun ərəfəsində ciddi itki ilə üzləşib

Topaz Premyer Liqanın 13-cü turunda "Qarabağ"la qarşılaşacaq "Zirə" ciddi itki ilə üzləşib. Sportline.az xəbər verir ki, söhbət Qabriel Mateydən gedir. Dizindən xəsarət alan rumıniyalı futbolçu əməliyyat olunub. Təcrübəli müdafiəçinin 45 gün bərpa prosesi keçəcəyi bildirilir.