"Neftçi" "Sumqayıt"ı məğlub etdi, "Qəbələ"dən "Zirə"yə üç qol
Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. İlk olaraq "Zirə" "Qəbələ"ni qəbul edib. Rəşad Sadıqovun komandası bu oyunda qalib gəlsəydi, ən azı 4-cü yeri özü üçün təmin edəcək və Konfrans Liqasına vəsiqə qazanacaqdı. Ancaq sözügedən görüşdə "Zirə" 0:3 hesabı ilə uduzub. "Neftçi" isə "Sumqayıt"ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu turda "Qarabağ" "Sabah"la heç-heçə (1:1) edərək yarışın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.
4 may (çərşənbə)
20:00. “Sumqayıt” – “Neftçi” - 0:2
Qol: Tiaqo Bezerra, 12, 62
Qırmızı vərəqə: Camaləddin Xocaniyazov, 19-birbaşa qırmızı vərəqə ("Sumqayıt")
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev.
Sumqayıt. “Kapital Bank Arena”
17:45. “Zirə” – “Qəbələ” - 0:3
Qollar: Fernan Lopes, 26. Rafael Utziq, 45. Omar Hani, 81
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.
Zirə İdman Kompleksinin stadionu
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 24 | 18 | 5 | 1 | 60-12 | 59 |
| 2 | Neftçi | 25 | 15 | 5 | 5 | 41-25 | 50 |
| 3 | Zirə | 25 | 12 | 6 | 7 | 32-27 | 42 |
| 4 | Qəbələ | 25 | 10 | 8 | 7 | 35-33 | 38 |
| 5 | Sabah | 25 | 11 | 3 | 11 | 37-31 | 36 |
| 6 | Şamaxı | 25 | 5 | 6 | 14 | 25-46 | 21 |
| 7 | Sumqayıt | 24 | 3 | 6 | 15 | 13-39 | 15 |
| 8 | Səbail | 25 | 4 | 3 | 18 | 17-47 | 15 |
Bombardirlər:
Coy-Lens Mikels ("Sabah") - 11 qol
Davit Volkov ("Zirə") - 11 qol
Vadji İbrahima ("Qarabağ") - 10 qol
Filip Ozobiç ("Qarabağ") - 10 qol
Kadi Borqes ("Qarabağ") - 9 qol
Tiaqo Bezerra ("Neftçi") - 8 qol
Abdullah Zubir ("Qarabağ") - 8 qol
Musa Qurbanlı ("Qarabağ") - 7 qol
İsnik Alimi ("Qəbələ") - 7 qol