"Araz-Naxçıvan" "Turan Tovuz"a, "Zirə" "Neftçi"yə qarşı

Bu gün Misli Premyer Liqasında 28-ci tura start veriləcək.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək.

Əvvəlcə "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda "Araz-Naxçıvan" 2:1 hesabı ilə qalib gəlib. İkinci dövrənin matçında isə 1:1 hesabı qeydə alınıb.

Günün digər matçında isə "Neftçi" "Zirə"nin qonağı olacaq. "Zirə" 44 xalla 4-cü, "Neftçi" isə 43 xalla 5-ci pillədə qərarlaşıb. Qalib gələn komanda 4-cü pillədəki yerini bir qədər möhkəmləndirəcək. Bu baxımdan görüş turun mərkəzi oyunlarından sayılır. 

Bu komandaların ilk iki dövrədəki qarşılaşmalarında qalib müəyyənləşməyib - 2:2, 0:0.

17 aprel (cümə)

17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
“SOCAR Polymer Arena”

19:30. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu

18 aprel (şənbə)

15:30. “Karvan-Yevlax” – “Şamaxı” 
Yevlax şəhər stadionu

19:30. “Qarabağ” – “Sabah” 
Tofiq Bəhramov adına Respublika Stadionu

19 aprel (bazar)

15:30. “Kəpəz” – “İmişli” 
Yevlax şəhər stadionu

18:00. “Sumqayıt” – “Qəbələ” 
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 18 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol