"Zirə"nin 3 futbolçusunda koronavirus aşkarlandı
Azərbaycan Premyer Liqasının XXI turunda "Səbail"lə qarşılaşacaq "Zirə" komandasının 3 futbolçusunda koronavirus aşkarlanıb.
Sportline.az xəbər verir ki, Riçard Almeyda, Fakundo Melivilo və Vüsal Əliyevdən bir neçə gün öncə götürülmüş testlərin nəticəsi müsbət çıxıb.
Hazırda karantində olan oyunçuların müalicəsi davam edir.
"Dənizçilər"in heyətində isə yoluxma halı qeydə alınmayıb.
Qeyd edək ki, aprelin 3-də keçiriləcək "Səbail" - "Zirə" matçı saat 16:30-da başlayacaq.