"Zirə"nin futbolçusu "Kəpəz"də
“Kəpəz” "Zirə"nin hücumçusunu heyətinə cəlb edib.
Sportline.az Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət "qartallar"ın 21 yaşlı forvardı Şahmar Aşurovdan gedir.
Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.