"Zirə"nin futbolçusu koronavirusa yoluxdu
Azərbaycan millisinin və "Zirə" klubunun futbolçusu Elvin Camalov koronavirusa yoluxub.
Sportline.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi hazırda özünü yaxşı hiss etdiyini bildirib.
Qeyd edək ki, Elvin Camalov Premyer Liqanın XX turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri görüşü buraxıb.
O, millinin qarşıdakı oyunları üçün heyətinə daxil edilməyib.