"Zirə"nin futbolçusu milliyə dəvət aldı

Afrika Millətlər Kubokunda (CAN) Kamerunla qarşılaşacaq Mozambik seçməsinin heyəti açıqlanıb.

Sportline.az xəbər verir ki, komandanın baş məşqçisi Luis Qonsalveş 23 futbolçuya dəvət göndərib.

Onların arasında hazırda Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə"nin hücumameylli yarımmüdafiəçisi Klesio Bauk da var.

İndiyədək millidə 31 oyun keçirmiş 26 yaşlı vinger 5 qol vurub. Klesio Bauk "Zirə"yə 2020/2021 mövsümünün əvvəlində "Qəbələ"dən keçib.

Qeyd edək ki, Mozambik millisi Kamerunla 2 oyun (12 və 16 noyabr) keçirəcək.