“Zirə”nin futbolçusu üçün mövsüm başa çatdı

“Zirə”nin futbolçusu Mohamed Hamdaui üçün mövsüm erkən başa çatıb.

Sportline.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov məlumat verib. O qeyd edib ki, zədəsini təzələyən niderlandlı yarımmüdafiəçi bu mövsüm bir daha meydana çıxa bilməyəcək:

“Hamdaui “Qəbələ” ilə oyunda zədələnmişdi. Bərpa olunub, məşqlərə başlasa da, yenidən zədələndi. Srağagün komandanın məşqində xəsarət aldı. Artıq onun üçün mövsüm başa çatıb. 2-3 həftə həkim nəzarətində olacaq. Bəlkə də son tura zədəsini bərpa edə bilər. Amma risk etməyəcəyik”.

Banner