“Zirə”nin legioneri əməliyyat olundu
“Zirə”nin futbolçusu David Volkov cərrahiyə əməliyyatı olunub.
Sportline.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Gürcüstanlı hücumçu İstanbulda çiyinindən artroskopik əməliyyat keçirib. Volkovun 6 həftədən sonra məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, D.Volkov zədələndiyi üçün bu ilin martında da əməliyyat olunmuş və uzun müddət yaşıl meydandan kənarda qalmışdı.