Zubimendi İngiltərə nəhənginin hədəfindədir
“Real Sosyedad”ın ispaniyalı futbolçusu Martin Zubimendi yanvar ayında klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Sun on Sunday” qəzetinə istinadən xəbər verir ki, “Mançester Siti” rəhbərliyi Martin Zubimendi üçün “Real Sosyedad”a 50 milyon avro ödəməyə hazır olduğu bildirilir.
25 yaşlı futbolçu “Mançester Siti” klubunda çıxış etməyə müsbət yanaşır.
Tərəflər arasında danışlar davam edir.
Qeyd edək ki, Martin Zubimendi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 1 qol və 1 asistlə yadda qalıb.