De Bruyne Səudiyyə klubu ilə anlaşıb

"Mançester Siti"nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 33 yaşlı futbolçu "Əl-İttihad" klubu ilə ilkin razılıq əldə edib. De Bruynenin satmağa hazır olan "Mançester Siti" ilə Səudiyyə klubu arasında danışıqlar son həddədir.

Ulduz futbolçunun "şəhərlilər"lə müqaviləsi 2025-ci ilə qədərdir. Transfermark portalında oyunçunun transfer dəyəri 50 milyon avrodur.

Qeyd edək ki, De Bruyne ötən mövsüm "Siti"nin heyətində 26 oyunda 6 qol vurub, 18 məhsuldar ötürmə edib.