Türkiyə millisinin qapıçısı Şotlandiya klubuna keçə bilər

Türkiyə millisinin təcrübəli qolkiperi Uğurcan Çakır karyerasını Şotlandiya klubunda davam etdirə bilər.

Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, hazırda “Trabzonspor” klubunun qolkiperi yeni mövsümdən etiabrədən “Qlasqov Rencers” klubunun şərəfini qoruya bilər.

Şotlandiya klubunun Uğurcan Çakır üçün “Trabzonspor”a 7,5 milyon funt sterlinq ödəyəcəyi bildirilib.

Qeyd edək ki, Uğurcan Çakır bu mövsüm “Trabzonspor” forması ilə çıxdığı 33 oyunda qapısından 40 qol buraxıb.